Erməni səfir Yanukoviçin adamını gizlədir - FOTO

Erməni səfir Yanukoviçin adamını gizlədir - FOTO
  20 Noyabr 2015    Oxunub:1990
Yanukoviçin meşəbəyisinin malikanəsi toxunulmaz olub.
Meşə Resursları Agentliyinin sabiq rəhbəri Viktor Sivtsanın arvadı Marina Juravlyovanın evi Ermənistanın səfirinin iqamətgahına çevrilib. Bu barədə “Qlavkom” “Corrupt.UA”ya istinadən məlumat yayıb.

Oxu.Az xəbər verir ki, reyesterin məlumatına əsasən, Juravlyova Kiyevin Peçerski rayonunda Miçurin küçəsində 29,31,33 nömrəli evlərə sahibdir.

Evlərdən ən böyüyü olan 31 nömrəli ev 1086 kvadratmetr sahəyə malikdir. Hal-hazırda evin darvazasında “Ermənistanın Ukraynadakı səfirinin iqamətgahı” lövhəsi asılıb. Bununla yanaşı əmlak reyesterində bu evin icarəyə verilməsinə dair məlumatlar yoxdur.

Diplomatik münasibətlərə dair Vyana konvensiyasına görə, səfirin iqamətgahı səfirliyin ərazisi kimi toxunulmazdır. Müvafiq olaraq bu, Sivtsa üçün özünəməxsus immunitetdir, bu yolla o özünü hüquq-mühafizə orqanları tərəfindən axtarışdan qorumuş olur. İndi bu daha vacibdir, belə ki, onun arvadı mütəmadi olaraq işlərlə əlaqədar Ukraynaya gəlir və məhz bu evdə qalır.

2010-cu ildən Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyandır. Onun iqamətgahının harda yerləşdiyi və harada yaşadığı barədə suala səfirlikdə cavab vermədilər.

Sivtsa sabiq prezident Yanukoviçin yaxın adamlarından idi. O, prezidentin tennis üzrə tərəfdaşı və “Kedr” Prezident ovçular və balıqçılar Klubunun üzvü idi.

KİV-in məlumatına görə, Yanukoviç ölkədən qaçdıqdan sonra Sivts Moskvaya köçüb.

Məlumdur ki, Sivts Ukraynada taxta və meşə məmulatları alan xarici şirkətləri özəl firmaya marketinq xidmətinə görə pul ödəməyə məcbur edən Dövlət meşə resurslarının agentliyinin vəzifəli şəxslərinə dair açılmış cinayət icraatında fiqurantdır.




Teqlər:





Xəbər lenti