Ankaradan Moskvaya etiraz: `Bombalamayın...`

Ankaradan Moskvaya etiraz: `Bombalamayın...`
  20 Noyabr 2015    Oxunub:2304
Rusiyanın Ankaradakı səfiri Andrey Karlov bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç bildirib. Onun sözlərinə görə, buna səbəb Suriyadakı türkmən kəndlərinin Rusiya hərbi təyyarələri tərəfindən bombalanmasıdır.

O, qeyd edib ki, Rusiya Suriyanın şimal-qərbindəki Türkməndağı ətrafındakı türkmən kəndlərini bombardıman etməsinə dərhal son qoymalıdır: `Rusiyanın Ankaradakı səfiri çağırılaraq ona rəsmi etiraz bildirilib. Xəbərdarlıq və tələbimiz Rusiya xarici işlər nazirinin müavini və prezident Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanova da çatdırılıb`.


Teqlər:  





Xəbər lenti