Dinlənə bilinməyən smartfonlar satışda

Dinlənə bilinməyən smartfonlar satışda
  20 Noyabr 2015    Oxunub:2790
Çin hakimiyyəti xarici İT həllərdən imtina etməkdə qətiyyətlidir. Növbə smartfonlarındır.
Dövlət və özəl təşkilatlar xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən dinləmədən qorunan smartfonun hazırlanması üzrə layihədə iştirak edirlər.

Çinin təhlükəsiz smartfonu

Çin hakimiyyətinin hazırladığı təhlükəsiz smartfon ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən dinlənilməyəcək. Dövlət şirkətləri və özəl texnologiya müəssisələri birgə belə qurğu yaradacaq. 2013-cü ildə Edvard Snouden ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin kəşfiyyat işi haqda məxfi sənədləri elan etdikdən sonra Çin xarici dövlətlərin xüsusi xidmət orqanlarının dinləyə bilməyəcəyi milli smartfon yaratmağı planlaşdırıb.

Məxfi sənədlərdən məlum olub ki, Milli Təhlükəsizlik Agentliyi həm ABŞ, həm də xaricdə dinləmə və məlumatın toplanılması üçün qeyri-qanuni metodlardan istifadə edib.

Çin şirkətlərinin təşəbbüsü

Çinin «ZTE» şirkəti ölkə hökuməti üçün təhlükəsiz smartfon üzərində işləyir. Sözügedən aparat yerli şirkətin istehsalı olan şifrləmə çipi ilə təchiz ediləcək. «ZTE»-nin smartfonu kamera, «GPS», «Wi-Fi» və «Bluetooth» moduluna malik olmayacaq ki, bu da aşkar etmə, məlumat itkisi və məlumatların ələ keçirilməsi riskini minimallaşdırır. Xatırladaq ki, 2014-cü ildə Çinin birinci xanımı Pen Liyuan onun ünvanına tənqiddən sonra «iPhone»dan imtina edərək yerli istehsalçının smartfonundan istifadə etməyə başlayıb.(ICTnews.az)


Teqlər:  





Xəbər lenti