Otelə silahlı hücum: 170 nəfər girov götürüldü

Otelə silahlı hücum: 170 nəfər girov götürüldü
  20 Noyabr 2015    Oxunub:2661
Malidə otelə silahlı hücum olub.
AzVision.az “Reuters”-ə stinadən xəbər verir ki, hadisə paytaxt Bomako şəhərində qeydə alınıb. Belə ki, hadisə yerinə diplomatik korpusa məxsus nömrəli maşınlarla gələn silahlı şəxslər “Radisson” otelinə daxil olaraq 170 nəfəri girov götürüblər. Silahlılar hotelə “Allahu - Əkbər” qışqıra-qışqıra daxil olublar. Hüquq-mühafizə orqanlarının qüvvələri hoteli mühasirəyə alıblar. Hazırda hotel binasında atışma gedir.

Girovlardan 140-ı qonaq, 30-u isə hotel əməkdaşıdır. Yerli təhlükəsizlik xidmətinin nümayəndəsi hoteldə 10-a yaxın silahlı şəxsin olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti