Erməni deputat xalqı inqilaba çağırdı

Erməni deputat xalqı inqilaba çağırdı
  20 Noyabr 2015    Oxunub:2449
Ermənistan vətəndaşlarının hazırki hakimiyyətə qarşı ayağa qalxmaqdan başqa çarəsi yoxdur.

AzVision.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında “İrs” partiyasının deputatı Zauri Postancyan bildirib.

“Vətəndaşlar hətta öz həyatlarını sərbəst şəkildə yaşamaq iqtidarında belə deyillər. Ölkənin 2016-cı il üzrə dövlət büdcəsi növbəti dəfə də ehtiyacı olan şəxslərə minimal yardım belə etməyib”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, yeganə çarə ölkədə sistemli dəyişikliklərə nail olmaqdır. Bu isə növbədənkənar seçkilərin keçirilməsi nəticəsində baş verə bilər: “Buna qədər isə müvəqqəti hökumət ədalətli seçkilərin keçirilməsinə dair zəmanət verməlidir. Lakin hakimiyyətə qarşı hərəkatın bir lideri olmalıdır. Hər birimiz öz yerimizdə lider olmalıyıq”, - deyə deputat bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti