Ərdoğan baş nazirə qalstuk bağışladı

Ərdoğan baş nazirə qalstuk bağışladı
  20 Noyabr 2015    Oxunub:2905
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Aleksis Tsiprasa qalstuk hədiyyə edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Tsipras həmin qalstuku Kipr adasına Ərdoğanla birgə getdiyində taxacağına söz verib.

Tsipras bundan öncə də açıqlamasında Yunanıstanda maliyyə böhranı həll olunandan sonra qalstuk taxacağını bəyan etmişdi.

Qeyd edək ki, Tsiprası digər dövlət rəsmilərindən fərqləndirən cəhəti rəsmi görüşlərdə qalstukdan istifadə etməməsidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti