Parisdə özünü partladan 26 yaşlı qız - Foto

Parisdə özünü partladan 26 yaşlı qız - Foto
  20 Noyabr 2015    Oxunub:2873
Paris ətrafında aparılan xüsusi əməliyyatın gedişatında Mərakeş mənşəli 26 yaşlı fransız qadın özünü partladıb.
Terrorçu-kamikadzenin şəklini belçika nəşri yayıb.

Xasna Aitbulaxen Paris yaxınlığında yerləşən Sent-Deni şəhərində polisin apardığı xüsusi əməliyyat zamanı bədənində bərkidilmiş partlayıcını işə salıb. Xasna Aitbulaxen noyabrın 13-də Paris terror aktlarının təşkilində şübhəli bilinən Əbdülhəmid Abaudun əmisi qızıdır.

26 yaşlı Mərakeş mənşəli fransız Aitbulaxen Parisdə doğulub. 2012-ci ilə qədər inşaat biznesində işləyib. Aitbulaxen xüsusi xidmət orqanlarının nəzarətində olub. Dövlət əleyhinə və ya başqa cinayətkar fəaliyyətdə olmadığı üçün qız daha sonra izlənilməyib. Bundan başqa, hüquq-mühafizə orqanlarında onun əmisi oğlu Parisdə terror aktları seriyasının təşkilatçısı hesab edilən 27 yaşlı Əbdülhəmid Abaudla sıx əlaqələri haqqında məlumatlar olmayıb. (Ans)


Teqlər:





Xəbər lenti