“Wizz Air” qiymətləri 3 dəfə bahalaşdırdı

“Wizz Air” qiymətləri 3 dəfə bahalaşdırdı
  19 Noyabr 2015    Oxunub:2080
“Wizz Air” aviaşirkəti bir istiqamətdə Bakıdan Budapeştə uçuşların qiymətini 3 dəfə bahalaşdırıb.
Mart ayı üçün nəzərdə tutulmuş uçuş qrafikinə nəzər salanda məlum olur ki, qiymətlər 3 dəfə bahalaşıb.

Belə ki, yalnız bir istiqamətdə mart ayının 28-31-i üçün nəzərdə tutulmuş ucuş qrafiklərində qiymətlər müvafiq olaraq 109,99 və 89,99 avro təşkil edir.

Qeyd edək ki, cari ilin oktyabrın 28-də “Wizz Air” və “Ground Handling Company” arasında Budapeşt-Bakı-Budapeşt reyslərinə xidmət üzrə sazişin imzalanma mərasimində “Wizz Air” şirkətinin təmsilçisi Yojef Varadi demişdi ki, bir tərəfli gediş üçün biletlərin qiyməti 39,99 avro olacaq.


Teqlər:





Xəbər lenti