Uorlik erməni əsgərin qaytarılmasını alqışladı
“Biz Azərbaycanın təmas xəttini keçən erməni əsgəri geri qaytarması ilə bağlı atdığı humanitar jesti alqışlayırıq”, - yazıda bildirilir.
Xatırladaq ki, 22 mart 2015-ci il tarixdə təmas xəttini keçərək Azərbaycan hərbçilərinə könüllü təslim olan erməni əsgər Andranik Araratoviç Qriqoryan noyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb.