`Suriyada 4 ili boşuna itirdik` - Münhen Təhlükəsizlik Konfransının sədri

`Suriyada 4 ili boşuna itirdik` - Münhen Təhlükəsizlik Konfransının sədri
  19 Noyabr 2015    Oxunub:1597
“Münhen Təhülkəsizlik Konfransı”nın sədri Volfqanq İşinger Qərbin yanlış Suriya siyasəti səbəbindən 4 ilə yaxın zamanı əbəs yerə itirildiyini bildirib. O, deyib ki, Suriya münaqişənin başladığı bu 4 il müddətində Avropa Birliyinin problemin həllindən ötrü ciddi addımlar atmaması nəticədə Paris terrorunun baş verməsilə yekunlaşdı.

Fransadakı terrora toxunan Volfqanq İşinger diqqətə çatdırıb ki, hər an genişmiqyaslı müharibənin başlana biləcəyi gözləniləndir.

“Terror hücumu əslində müharibə xarakterli idi və biz bunun ciddiliyini dərk etməliyik. Heç bir halda imkan vermək olmaz ki, İŞİD Avropanı müharibə ocağına çevirsin və buraya savaşı gətirsin”, - deyə “Münhen Təhlükəsizlik Konfransı”nın sədri vurğulayıb.

NATO nizamnəməsinin 5-ci maddəsinə diqqət çəkən sədr onu da deyib ki, hazırda bu bənd çox önəmli və arzuolunandır.

Suriya konfliktinə dair keçirilən sonuncu Vyana görüşünə toxunan “Münhen Təhlükəsizlik Konfransı”nın sərdi Volfqanq İşinger bildirib ki, keçirilən görüşlərdən sonra Rusiya prezidenti Vladimir Putin İŞİD-ə qarşı birgə mübarizəyə hazır olduqlarını, lakin Bəşər Əsədin vəzifədən getməsinə isə razı olmadıqlarını açıqlaması başa düşüləndir. Volfqanq İşinger Suriya münaqişəsilə əlaqədar Moskvanın təklifinə pozitiv yanaşdığını da nəzərə çatdırıb.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti