Deputatların yarısı xəstədir – Spikerdən şok açıqlama

Deputatların yarısı xəstədir – Spikerdən şok açıqlama
  19 Noyabr 2015    Oxunub:4934
Tacikistan parlamentinin aşağı palatasının sədri Şükürcon Zuxurov bəyan edib ki, deputatların yarısı şəkər xəstəsidir.
AzVision.az xəbər verir ki, bu barədə “Ozadi” (Azadlıq radiosunun tacik versiyası) xəbər yayıb.

Tacikistan maliyyə naziri Abdulsalom Karbonienla bu məsələni müzakirə edən spiker qeyd edib ki, insulinin alınması üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır.

Müzakirələrdə iştirak edən səhiyyə nazirinin müavini Nəsimcan Olimov isə qeyd edib ki, dərman preparatlarının alınması üçün 5 milyon somoni lazımdır. Lakin nazirliyin bu qədər vəsaiti yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti