Rusiya Suriyada itki verdi - Nazirlik təsdiqlədi

Rusiya Suriyada itki verdi - Nazirlik təsdiqlədi
  27 Oktyabr 2015    Oxunub:3909
Rusiya Müdafiə Nazirliyi müqavilə əsasında orduda xidmət edən hərbçinin Suriyanın “Xmeymim” aviabazasında intihar etməsi xəbərini təsdiqləyib.
Bu barədə AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir.

“Rusiya Müdafiə Nazirliyi sui-qəsd nəticəsində “Xmeymim” aviabazasında hərbçinin ölməsi xəbərini təsdiqləyib. Aviabazada texniki mütəxəssis kimi xidmət aparan hərbçi növbətçilikdən sonra özünə qəsd edib”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirlik vurğulayıb ki, hazırda faciənin baş vermə səbəbi araşdırılır.

“İlkin məlumatlara görə, hərbçini özünə qəsd etməsinə səbəb onun sevgilisi ilə münasibətlərində yaşanan problem olub”,- deyə Nazirlik vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti