ABŞ-da Rusiyanın gizli casusu olan azərbaycanlılar tutuldu
Amerikalı istintaqçılar həmin avadanlıqların Rusiya kəşfiyyatı və hərbi dairələri üçün nəzərdə tutulduğunu müəyyənləşdiriblər. Aydın olub ki, Posobilov “Art Electronics İnc” şirkətinin satış meneceri, Abdullayev məhsulların çatdırılmasına cavabdeh şəxs, Anastasiya Dyatlova isə eletkron şirkətdə adi satıcı olub. Günahları sübut olunacağı halda onları 5 ildən 20 ilə qədər həbs cəzası gözləyir.
2012-ci ilin oktyabrında ABŞ-ın hüquq-mühafizə orqanları Rusiyaya casusluq edən gizli qrupu çökdürdüyünü elan edib. Aleksandr Fişenkonun başçılıq etdiyi cinayətkar dəstəyə Rusiya vətəndaşı olan Şövkət Abdullayevlə yanaşı, Azərbaycan vətəndaşı 35 yaşlı Sevinc Tağıyevə da üzv idi. Hazırda həbsxanada saxlanılan Sevinc Tağıyeva yaxın aylarda Amerika məhkəməsi qarşısına çıxarılacaq.
Bundan əvvəl Nyu-York məhkəməsi Bakıda atası, anası və qardaşı yaşayan Sevinc Tağıyevanın Azərbaycana gedərək istintaqdan yayına biləcəyi üçün onun zaminə buraxılmasına razılıq verməyib.
ABŞ-ın iddialarına görə, ölkənin mikroelektronika sahəsindəki nailiyyətlərini oğurlamaq üçün rusiyalı casuslar yaratdıqları “Art Electronics İnc” şirkətini işıqfor istehsalçısı kimi təqdim edirdilər. Əslində şirkət heç nə istehsal etmirdi və satın aldığı texnologiyaları gizli yollarla Rusiyaya ötürürdü.