Məşhur kürd müğənni səhnədə öldürüldü

Məşhur kürd müğənni səhnədə öldürüldü
  26 Oktyabr 2015    Oxunub:3942
Türkiyədə məşhur kürd müğənnisi qətlə yetirilib. Səlim Serhed kürd dilində mahnı oxuduğu üçün elə səhnədəcə qətlə yetirilib.
Bu barədə digər tanınmış türkiyəli müğənni Onur Akay məlumat yayıb.

O, öz Twitter bloqunda yazıb ki, Səlim Serhed mahnı ifa edərkən elə səhnədəcə bıçaqlanıb.

Onun kim və ya kimlər tərəfindən öldürüldüyü açıqlanmır. Yalnız o məlumdur ki, üç uşaq atası olan S.Serhed İstanbulun Avcılar səmtindəki bir gecə klubunda çalışırdı. O, kürdcə mahnılar oxuması ilə məşhur idi. S.Serhedin ən məşhur mahnısı "Brina barış" adlanırdı, eyniadlı albomu Türkiyədə populyar idi.


Teqlər:





Xəbər lenti