`Miqrant limitimiz dolub` - İSVEÇ

`Miqrant limitimiz dolub` - İSVEÇ
  26 Oktyabr 2015    Oxunub:1672
İsveç dövləti daha miqrant qəbul etməyəcəyini və mühacir qəbulu ilə bağlı limitin dolduğunu açıqlayıb.

AzVision.az-ın İsveç mediasına əsasən verdiyi məlumata görə, İsveç dövlət rəsmisi Ştefan Löfven açıqlamasında bildirib ki, artıq ölkə daxilində miqrant qəbuluna ayrılmış kvota dolub və daha mühacir qəbul etmək iqtidarında deyillər.

İsveçdə yerləşən miqrant sığınacaqlarından birinin miliyyətçilər tərəfindən od vurularaq yandırılması dövlət rəsmilərini, eləcə də İsveç baş nazirini çətin duruma salıb.

Ekstremist sağçı “İsveç Demokratlar” partiyası da miqrantlarla bağlı sərt çıxışlar etməyə başlayıb. Sözügedən sağ təmayüllü partiyanın rəhbəri Jimmie Akesson partiyası adından hökumətdən qaçqınların qəbulu ilə bağlı referendumun keçirilməsini tələb edib.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti