Berlində bomba həyəcanı

Berlində bomba həyəcanı
  26 Oktyabr 2015    Oxunub:1436
Almaniyanın paytaxtı Berlin şəhərində bomba həyəcanı yaşanıb.

AzVision.az “Focus Online” dərgisinə istinadən bildirir ki, Berlində Yəhudi muzeyinin yaxınlığında təmir-tikinti işləri zamanı müharibə dövründən qalan 250 kiloqramlıq bomba aşkarlanıb.

Təhlükəsizliyi təmin etməkdən ötrü 11 min nəfər insan ərazidən təxliyə edilib.

Polisin verdiyi məlumata görə, hər ehtimala qarşı, yaxınlıqdan keçən nəqliyyat vasitələrinin işində də dəyişikliklər edilib.

Fərrux
AzVision.az


Teqlər:





Xəbər lenti