Həmsədrlərlə Nalbandyanın yeni Qarabağ müzakirəsi

Həmsədrlərlə Nalbandyanın yeni Qarabağ müzakirəsi
  26 Oktyabr 2015    Oxunub:2158
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu gün ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) Ermənistana gedib. Səfər zamanı həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyanla da görüşəcək.

Ermənistandan sonra həmsədrlər Qarabağa, oktyabrın 28-də isə Bakıya gələcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti