Türkiyə ordusundan PKK-ya ağır zərbə
TSQ-nin Baş Qərargahından yayılan məlumata görə, son günlər həyata keçirilmiş hava zərbələri ilə bölgədəki İkiyaka dağlarında PKK-ya məxsus düşərgələr, mağara və silah anbarları məhv edilib.
Hərbi Hava Qüvvələri Ağrı bölgəsində də PKK-ya məxsus 16 mağaranı yerlə yeksan edib. Bundan başqa, quruda keçirilən antiterror əməliyyatlarında terrorçulardan külli miqdarda silah və sursat, ərzaq və geyimlər ələ keçirilib
Antiterror əməliyyatları davam etdirilir.
AzVision.az
Teqlər: