Öz kəşfiyyatı Almaniyanı ABŞ-a satıb

Öz kəşfiyyatı Almaniyanı ABŞ-a satıb
  25 Oktyabr 2015    Oxunub:2077
Almaniyanın kəşfiyyat orqanı BND-nin ABŞ mərkəzi kəşfiyyat idarəsinə Almaniya ilə bağlı lazımi məlumatların toplanmasında yaxından yardım etdiyi deyilir.

AzVision.az "Mitteldeutschen Zeitung"-a istinadən verdiyi məlumata görə, Almaniya xüsusi xidmət orqanının kansler bürosuna, eləcə də digər dövlət qrumlarına aid məlumatların toplanmasında Birləşmiş Ştatların mərkəzi kəşfiyyat idarəsinə yaxından yardım etdiyi üzə çıxıb.

Belə bir məlumatı Almaniya kansler bürosu yayıb. Məlum olub ki, BND illər uzunu davamlı olaraq “CİA”-ə Almaniya haqda məlumat ötürüb, həmçinin onların dinlənilməsinə köməklik göstərib. Ehtimal olunur ki, kansler Angela Merkelin mobil telefonun dinlənməsində də CİA üçün vasitəçilik edib.

BND-nin fəaliyyəti də Almaniya Bundestaqı tərəfindən müzakirə predmetinə çevrilib, o cümlədən, quruma qarşı yoxlamaların keçirləcəyi də bildirilir.

Almaniya kəşfiyyat xidmətinin rəhbəri Gerhard Şindler fakta aydınlıq gətirərək bildirib ki, rəhbərlik etdiyi xüsusi xidmət orqanı 2013-cü ilə qədər bir çox dost dövlətlərin dinlənməsində iştirak edib. Dinlənilən qrumlar arasında Fransaya məxsus orqanlarla yanaşı, digər Avropa ölkələrinə məxsus diplomatik korpus və dövlət əhəmiyyətli strukturlar var.

Fərrux Həsənov


Teqlər:  





Xəbər lenti