Ruslara banan şoku - 15 illik rekord

Ruslara banan şoku - 15 illik rekord
  21 Fevral 2015    Oxunub:4092
Bu ilin yanvar ayının nəticələrinə əsasən Rusiyanın pərakəndə bazarlarında bananın dəyəri 15 illik maksimum həddə çatıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, rublun devalvasiyası və tələbatın yüksək şəkildə artması dekabr-fevral aylarında bu məhsulun qiymətinin kəskin şəkildə artması ilə nəticələnib.

Rusiyada bu ilin yanvar ayında bir kiloqram bananın dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə 48 faiz artaraq 70,8 rubla çatıb.

Qeyd edək ki, 2000-ci ildən bəri bu ölkədə bananın qiyməti bir kiloqrama görə 70 rubl olmayıb. Rusiya Statistika İdarəsinin məlumatına görə, hələ 2014-cü ilin noyabr ayında 1 kiloqram bananın dəyəri 52,2 rubl olub.

Rusiyada digər sitrus meyvələrinin dəyəri isə bu qədər kəskin formada qalxmayıb. Onların dəyəri 29 faiz artıb. Rusiya Statistika İdarəsi digər populyar meyvələr kivi, ananas və narın hansı səviyyədə qalxması barədə məlumatları açıqlamır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti