“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
  26 Sentyabr 2024    Oxunub:359
Vətən müharibəsi iştirakçısı, 3-cü qrup əlil Cavid Əliyev Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb və iki dəfə yaralanıb.
Ali təhsilini Cənubi Koreyanın Koreya Ali Elm və Texnologiya Universitetində alıb. 2023-2024-cü tədris ili üzrə ABŞ-ın Minnesota Universitetinə qəbul olunub. “YAŞAT” Fondu tərəfindən təhsillə bağlı ilk aylıq təqaüd də məhz Cavidə təqdim edilib. Cavid uğur yolunun əsasını təhsildə görür və təhsil yolunda yeniliklərə imza atmağa davam edir.



AzVision.az


Teqlər:





Xəbər lenti