Livanın Baş naziri ABŞ-yə gedir

   Livanın Baş naziri ABŞ-yə gedir
  24 Sentyabr 2024    Oxunub:1348
Livanın Baş naziri Nəcib Miqati İsraillə "Hizbullah" terrorçuları arasında toqquşmaların daha da gərginləşməsi fonunda ABŞ-nin Nyu-York şəhərinə səfərə yollanır.
Miqatinin ofisindən verilən məlumata görə, o bu səfərə görə Nazirlər Kabietinin iclasını təxirə salıb. Hökumət başçısının Nyu-Yorkda Beynəlxalq Millətlər Təşkilatının Baş Assambleyasında danışıqlar aparacağı nəzərdə tutulur.

Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində 40 mindən artıq insanın yaralanması bu qruplaşma ilə İsrail arasında Qəzza zolağındakı müharibəyə paralal şəkildə başlamış münaqişəni daha da qızışdırıb. Hadisədə İsraili təqsirləndirən "Hizbullah" terrorçuları bu ölkənin şimalına doğru raket hücumlarını intensivləşdiriblər. ABŞ İsrail və Livan arasında mümkün genişmiqyaslı müharibənin qarşısını almaq məqsədilə Yaxın Şərqdəki qüvvələrinin sayını artırıb.
Səfir: "Livana qurudan müdaxilə regional müharibə ilə nəticələnəcək"

Digər tərəfdən, Livanın Britaniyadakı səfiri Rami Mürtəza ötən günlərdə "The Times" qəzetinə açıqlamasında vurğulayıb ki, "İsrail quru əməliyyatına başlayarsa, vəziyyəti indiyədək təmkinlə izləyən Livan Silahlı Qüvvələri hərəkətə keçəcək".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   ABŞ   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti