XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

   XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  25 Sentyabr 2024    Oxunub:919
Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik.


Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyi

[email protected]

+972 50 356 95 82

Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyi

[email protected]

+961 4 922 066.


AzVision.az



Teqlər:





Xəbər lenti