Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisində

Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisində
  25 Sentyabr 2024    Oxunub:277
Dünya şöhrətli irlandiyalı yazar Con Boyn 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitab müəllifidir. Yazıçının ən məşhur əsəri “Zolaqlı pijamalı oğlan” romanıdır. Con Boynun 3 oktyabr 2024-cü il tarixində saat 11:00-da “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.

Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.


AzVision.az



Teqlər:





Xəbər lenti