Putin: "Bahalı enerji resursları Qərbin öz seçimidir"

      Putin:    "Bahalı enerji resursları Qərbin öz seçimidir"
  26 Sentyabr 2024    Oxunub:896
"Qərb ölkələri Rusiyanın ucuz enerji resurslarından imtina edirsə, bu, öz seçimləridir. Qoy bahalı resursla yaşasınlar".
Bu sözləri Prezident Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında dilə gətirib. O vurğulayıb ki, "müasir energetika qlobal inkişafın təməlidir"

"Enerjinin şəffaf və məqsədəuyğun şəkildə emalı, bazara çıxarılması həm iqtisadi, həm də ictimai irəliləyiş, vətəndaşların rifahının yaxşılaşdırılması üçün möhkəm zəmin yaradır. Enerji sektorunu qanunsuz sanksiyalarla öz xeyirlərinə istifadə edə biləcəklərinə inananlar, təəssüf ki, bu həqiqəti başa düşmürlər", - Putin vurğulayıb.

Rusiya lideri həmçinin hökumətə yaxın aylarda yenilənmiş enerji strategiyasına keçidlə bağlı tapşırıq verdiyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Qərb-ölkələri   enerji  





Xəbər lenti