İran: "Müharibə olsa, Livanın müdafiəsinə qalxacağıq"

      İran:    "Müharibə olsa, Livanın müdafiəsinə qalxacağıq"
  26 Sentyabr 2024    Oxunub:477
"İsrail Livanda genişmiqyaslı müharibəyə başlasa, İran dayanmayacaq".
Rusiya mediasının yaydığı məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Ehtiyatsız müharibə yürüşü - ABŞ İsrailə qarşı çıxır
Diplomat vurğulayıb ki, Tehran həmişə "Hizbullah" şiə hərəkatını və onların Livanı müdafiə etməklə bağlı ədalətli mübarizəsini dəstəkləyib.

Əraqçı həmçinin BMT Təhlükəsizlik Şurasını atəşkəsə nail olmaq və Yaxın Şərqdə sülhün bərpasına kömək etmək üçün vəziyyətə müdaxilə etməyə çağırıb. İran XİN rəhbəri vurğulayıb ki, regionda vəziyyət olduqca gərgindir və bölgə tammiqyaslı fəlakət astanasındadır.

Sentyabrın 17 və 18-də Livanın müxtəlif bölgələrində onlarla insanın ölümünə və üç minə yaxın vətəndaşın yaralanmasına səbəb olan rabitə avadanlığının kütləvi partlayışları baş verdi. Bundan sonra bölgədə növbəti eskalasiya yaranıb.

İsrail aviasiyası həmçinin Beyruta zərbələr endirib. Nəticədə "Hizbullah"ın bir neçə komandiri də daxil olmaqla onlarla insan həlak olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Livan  





Xəbər lenti