Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
  25 Sentyabr 2024    Oxunub:262
Xəzər dənizinin Lənkəran, Siyəzən və Xaçmaz rayonlarının inzibati ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı həmin şəxslərin Lənkəran rayon sakinləri Asif Qasımov, Musa Əhmədov, Siyəzən rayon sakini Bəxtiyar Eyvazov, Şabran rayon sakinləri Eldar Əliyev, Sehran Bəşirov və Fizuli Quliyev olduğu müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti