Sahibə Qafarova yenidən spiker seçildi - YENİLƏNİB

 Sahibə Qafarova yenidən spiker seçildi -  YENİLƏNİB
  23 Sentyabr 2024    Oxunub:584
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.
Iclasa sədrlik edən Ziyad Səmədzadə yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. Sonra Ziyad Səmədzadə iclasın gündəliyini təqdim edib. Gündəliyə əsasən Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.

Sonra səsvermə olub və Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

***

Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir. İclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib. YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti