Ruslar üçün alınmaz qalaya çevrilən Uqledar təslim olur - "Forbes"

   Ruslar üçün alınmaz qalaya çevrilən Uqledar təslim olur    - "Forbes"
  25 Sentyabr 2024    Oxunub:1258
Müharibənin əvvəlindən ruslar üçün alınmaz qalaya çevrilən Donetsk vilayətindəki Uqledar tezliklə Kremlin əlinə keçə bilər. Onu müdafiə edən Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş briqadası geri çəkilməyə başlayıb.
Bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir. Nəşrin analitiki Devid Eks qeyd edib ki, çərşənbə günü səhər saatlarında Uqledara edilən son hücum əvvəlki əməliyyatlardan fərqlənib.

Bir günə 2030 hərbçi itirdilər
Bu dəfə hücum xeyli uğurlu olub. Ukraynanın “Frontelligence Insight” analitik qrupunun məlumatına görə, Uqledarda vəziyyət kritikdir. Çox güman ki, hazırda şəhərin müdafiəsinin son mərhələləri yaşanır.

"Uqledarın tezliklə əldən çıxacağına dair əlamətlər var. Belə görünür ki, rus qoşunları ötən həftə şəhərin cəbhə xəttinin cinahlarını təhdid etməyə başlayanda T-64 tankları, BMP-2 döyüş maşınları və M-109 haubitsaları ilə silahlanmış 2000 nəfərlik məşhur 72-ci Mexanikləşdirilmiş Briqada yavaş-yavaş daha təhlükəsiz mövqelərə çəkilməyə başlayıb”,- Eks yazıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti