Dünyanın ən yaşlı sakini öldü

Dünyanın ən yaşlı sakini öldü
  04 Yanvar 2025    Oxunub:633
Yaponiyada dünyanın ən yaşlı sakini olan Tomiko İtuka 116 yaşında dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə bu gün "Kyodo" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, o yaşadığı qocalar evində vəfat edib.

Qeyd edək ki, T. İtuka 23 may 1908-ci ildə Osakada anadan olub. O 3 qardaş və 1 bacının ən böyüyü olub.

AzVision.az



Teqlər:





Xəbər lenti