Moskvada saxlanılan 18 min miqrant ölkədən çıxarılıb

Moskvada saxlanılan 18 min miqrant ölkədən çıxarılıb
  03 Yanvar 2025    Oxunub:736
2024-cü ildə Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan 18 min miqrant ölkədən çıxarılıb.
Bu barədə TASS-a Federal Məhkəmə İcraçıları Xidmətinin Moskva üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, 2023-cü ildə bu rəqəm təxminən 12 min təşkil edib. Miqrantların əksəriyyəti MDB ölkələrinin, daha çox Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır. Qanunu pozanlar arasında Avropa ölkələrinin 3 vətəndaşı da olub: Latviya, Fransa və Estoniya.

Miqrantlar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasına giriş qaydalarının və ya Rusiya Federasiyasında olma (yaşayış) rejiminin pozulması) əsasında saxlanılıb. Yaxın beş ildə onlar Rusiya Federasiyasının ərazisinə qayıda bilməyəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti