ABŞ-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Meydanın mərkəzində yerləşən monitorların birində Azərbaycan Bayrağının, tarix və mədəniyyətimizin, milli atributlarımızın, eləcə də ölkəmizin xəritəsinin yer aldığı videoçarx nümayiş olunub.
AAYF-nin üzvləri olan və ABŞ-da təhsil alan azərbaycanlı gənclər meydanı ziyarət edən turistləri və yerli sakinlərə aksiya barədə məlumat veriblər. Aksiya gün ərzində davam edəcək.
ABŞ-dakı Azərbaycan icması hər il bu ölkənin müxtəlif ştatlarında və iri şəhərlərin böyük meydanlarında ölkəmizlə bağlı kütləvi tədbirlər təşkil edərək, yerli ictimaiyyəti məlumatlandırırlar.
AzVision.az
Teqlər: Azərbaycanlılar ABŞ aksiya