“Təyyarəyə raket zərbələri endirən “Pantsir” zenit-raket kompleksinin heyəti şöbə rəisi tərəfindən dindirilib. Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, orada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləyir. Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçərə və uçuş rəhbərinə sualları yoxdur”, - Rusiya telegram-kanalı yazır.
Mənbənin dediyinə görə, təyyarə qəzasına təsir göstərə bilən digər halların təhlili də aparılır. Məsələn, GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi CGS sistemindən (təyyarənin enişə yaxınlaşması üçün radiomayak sistemi, aviasiyada kokpit alətlərindən istifadə olunaraq təyyarənin enməsi üçün ən çox yayılmış radionaviqasiya sistemidir) istifadə edilərək həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə olunur, lakin nədənsə, Qroznı hava limanında aparılan genişmiqyaslı yenidənqurma zamanı bu sistem sökülüb.
AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”larının oxunmasına başlanılıb |
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin gövdəsində ZRK-dan atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
AzVision.az