Aleksandar Vuçiç : "Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır"

      Aleksandar Vuçiç   : "Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır"
  04 Yanvar 2025    Oxunub:833
AzVision.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin iclasında məlumat verib.

Prezident Vuçiç bildirib ki, hazırda Serbiyadakı qaz istehlakı gündəlik 13,5-14,5 milyon kubmetr civarındadır. Eyni zamanda, Serbiya və Macarıstandakı yeraltı qaz anbarlarında ümumilikdə təxminən 430 milyon kubmetr qaz ehtiyatı mövcuddur.

Serbiya, Azərbaycan qazı ilə təchiz edilən 8-ci ölkə olub. Hal-hazırda Azərbaycan gündəlik 2,5 milyon kubmetrədək təbii qazı Serbiyaya ixrac edir.

AzVision.az



Teqlər:





Xəbər lenti