Fermerlər Varşavada etiraz aksiyasına başlayıblar

Bildirilib ki, etirazçılar şəhərin mərkəzindəki Aİ ofisinin qarşısına toplaşıblar. Onlar əllərində Polşa bayraqları, həmçinin “Yaşıl sövdələşməyə yox”, “Yaşıl sövdələşmə ekoterrorizmə bərabərdir”, “Yaşıl sövdələşmədən uzaqlaşın” şüarları yazılmış plakatlar tutublar.
Etirazçılar Aİ-nin ekoloji strategiyasını tənqid etməklə yanaşı, Aİ-nin Cənubi Amerika Ümumi Bazarı (Mercosur) ölkələri ilə ticarət sazişinə və Ukraynadan məhsulların nəzarətsiz idxalına qarşı çıxırlar. Etirazçılar şəhərin mərkəzi küçələri ilə hərəkət etməyi planlaşdırırlar.
AzVision.az
Teqlər: