Bayden jurnalistləri təhqir etdi

   Bayden jurnalistləri  təhqir etdi
  06 Yanvar 2025    Oxunub:726
ABŞ prezidenti Cozef Bayden mətbuat nümayəndələri ilə apardığı söhbət zamanı jurnalistlərə qarşı kobud davranıb.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"
Ağ Ev rəhbərinə Respublikaçılar Partiyasının Konqresdə miqrasiya sahəsində problemlərin həlli ilə bağlı planları barədə sual verilib. Söhbət ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın işə başlamasının ilk günündə imzalaya biləcəyi qanun layihəsindən gedib.

Bayden bu cür təşəbbüsləri gülünc adlandırıb. Daha sonra Amerika lideri problemi həll etmək üçün nələrin gərəkdiyini sadalayıb. O, birdən fikrini yarımçıq dayandıraraq deyib: “Mən ən yaşlı prezident ola bilərəm, amma mən sizin lənətə gəlmiş ömrünüzdə görüşdüyünüzdən daha çox dünya liderini tanıyıram. Onların nəyi necə düşündüklərini bilirəm. Bu zarafat deyil...”, - siyasətçi qeyd edib.

Bayden ilk dəfə deyil ki, jurnalistlərə qarşı kobud ifadələr işlədir. 2024-cü il noyabrın 12-də də siyasətçinin media ilə bağlı qalmaqalı yaşanmışdı. Həmin vaxt jurnalist HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılıqların əldə olunması perspektivləri barədə sual verib. Ağ Evin rəhbəri suala sualla cavab verib. O, media nümayəndəsini aşağılayaraq jurnalistin başını kameraya vurub-vurmadığını soruşub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Jurnalist  





Xəbər lenti