Rusiyada "Robinson R44" helikopteri radarlardan itib

Rusiyada "Robinson R44" helikopteri radarlardan itib
  26 Sentyabr 2024    Oxunub:347
"Robinson R44" helikopteri Arxangelsk vilayətində radarlardan itib.

AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Helikopterdə Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semyonov var.

İlkin məlumatlara görə, sonuncu dəfə helikopterin yeri dünən saat 21:00 radələrində Bıçye kəndi ərazisində qeydə alınıb. Mənbələrin məlumatına görə, helikopter Karandaşevskaya kəndinə uçurmuş.

Lakin uçuş qeydə alınmayıb. Buna görə də helikopterin son təyinat yerinə çatmaması yalnız bu gün saat 16:30-da məlum olub.

Ekipajla da əlaqə qurmaq mümkün deyil. Hazırda xilasedicilər helikopterin axtarışına başlayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti