İrəvan Kiprlə hərbi əməkdaşlığı gücləndirir

İrəvan Kiprlə hərbi əməkdaşlığı gücləndirir
  25 Sentyabr 2024    Oxunub:289
Kiprin müdafiə naziri Vasilis Palmas Ermənistana rəsmi səfərə gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Müdafiə naziri Suren Papikyan rəsmi səfərə gələn kiprli həmkarı Vasilis Palması qəbul edib. Müdafiə Nazirliyinin inzibati kompleksində fəxri qarovul dəstəsinin və hərbi orkestrin iştirakı ilə Palmasın qarşılanma mərasimi keçirilib", - məlumatda qeyd edilib.

Xatırladaq ki, 2023-cü ilin sonunda Ermənistan, Yunanıstan və Kipr rəsmiləri İrəvanda müdafiə sahəsində məsləhətləşmələr apararaq, növbəti il ​​üçün hərbi əməkdaşlıq proqramını imzalamışdılar.

Tural Tağıyev
AzVision.az




Teqlər:





Xəbər lenti