İsrail Livanla atəşkəsi istisna edib

İsrail Livanla atəşkəsi istisna edib
  26 Sentyabr 2024    Oxunub:919
"Yəhudi dövlətinin bütün məqsədlərinə çatana qədər İsraillə Livan Hizbullah hərəkatı arasında hərbi əməliyyatların dayandırılması gözlənilmir".
Bu fikirləri İsrailin xarici işlər naziri İsrael Katz X sosial şəbəkəsində yazıb.

“Şimalda atəşkəs olmayacaq!”, -o qeyd edib.

Katzın sözlərinə görə, ölkənin şimal bölgələrindəki mülki əhali təhlükəsiz şəkildə evlərinə qayıdana qədər İsrail bu bölgədə "Hizbullah"a qarşı mübarizəni davam etdirəcək.

Bundan əvvəl “The New York Times” qəzeti öz mənbələrinə istinadən yazıb ki, atəşkəs ehtimalı var. İddia edilib ki, ABŞ-nin İsrail və Livan arasında gərginliyin aradan qaldırılmasına dair təklifləri yaxın saatlarda qəbul edilə bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti