Xamenei: "Hizbullah" diz çökməyəcək" - VİDEO

      Xamenei:    "Hizbullah" diz çökməyəcək" -    VİDEO
  25 Sentyabr 2024    Oxunub:316
İranın ali dini lideri Əli Xamenei Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının raket bölməsinin ali hərbi komandiri İbrahim Qübeysin ölümünə münasibət bildirib.
"IRNA"nın məlumatına görə, o bu barədə bir qrup qazi və cihad fəalı ilə görüşündə danışıb.
"Hizbullah" yüksək rütbəli komandirinin ölümünü təsdiqlədi

"İsrailə hər tərəfdən silah və vəsait dəstəyi verilir, halbuki müqavimət döyüşçülərində ("Hizbullah"ın simasında bütün iranyönümlü qruplaşmalar nəzərdə tutulur - red.) isə bu dəstəyin 1/10-i yoxdur. Hər halda, qələbə Allah yolunda vuruşanlarındır. Fələstin müqaviməti və "Hizbullah" qalib gələcək", - Xameni vurğulayıb.

O həmçinin Bayden administrasiyası "qarşıdan gələn seçkilərə görə" İsraili dəstəklədiyini söyləyib.

"Unutmamalıdırlar ki, onların, eyni zamanda, müsəlman icmasının səsinə də ehtiyacları var", - dini lider deyib.

Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində bu qruplaşma ilə İsrail arasında münaqişə daha da şiddətlənib. Ötən gün İsrail Hərbİ Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində "Hizbullah"ın raket bölməsinin ali hərbi komandiri İbrahim Qübeysi həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti