Ombudsman ABŞ səfirinə Ermənistanın cinayətlərindən danışıb
Müvəkkil insan hüquqları sahəsində müsbət təcrübələrin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdıraraq bu istiqamətdə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları, habelə beynəlxalq təşkilatlarla mövcud səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən bəhs edən Ombudsman bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.
Görüş zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən başçəkmələr, Ombudsmana müraciət üsulları barədə məlumat verilib, eləcə də məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında Ombudsmanın ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi diqqətə çatdırılıb.
Səbinə Əliyeva işğal dövründə Azərbaycan torpaqlarında basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib.
Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımızın itkin düşdüyünü qeyd edən Səbinə Əliyeva ölkəmiz tərəfindən həyat keçirilən tədbirlər nəticəsində bir sıra vətəndaşımızın şəxsiyyətinin müəyyənləşdirilərək dəfn edildiyini, lakin digər itkin düşmüş şəxslərin taleyi barədə hələ də məlumat əldə olunmadığını diqqətə çatdırıb.
Eyni zamanda, görüşdə işğaldan azad edilmiş ərazilərimizdə Ombudsmanın təşəbbüsü ilə faktaraşdırıcı missiyaların həyata keçirildiyi qeyd olunub, hesabatların, bəyanatların və müraciətlərin hazırlanaraq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunduğu söylənilib.
AzVision.az
Teqlər: