Dini maarifləndirmədə medianın rolu - Şuşada müzakirələr davam edir

 Dini maarifləndirmədə medianın rolu -  Şuşada müzakirələr davam edir
  24 Sentyabr 2024    Oxunub:997
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda ikigünlük seminar keçirilir.
Tədbirdə dövlət orqanlarının rəhbər şəxsləri, media mənsubları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər. Azərbaycanda dövlət-din münasibətləri modeli barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək, media qurumlarının xəbər siyasətində dini məsələlərlə bağlı həssas məqamlar haqqında jurnalistlərin biliklərinin artırılmasına nail olmaq məqsədi daşıyan seminar çərçivəsində peşəkar media mütəxəssislərinin mühazirələri dinlənilir, interaktiv müzakirələr aparılır, habelə işğaldan azad olunmuş ərazilərə mediaturlar təşkil edilir.

Seminarın ikinci günündə iki sessiya keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə baş tutan ikinci (ümumən üçüncü) sessiya “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunub.

Sessiyada Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”-in redaktoru Seyfəddin Hüseynli çıxış ediblər. Sonra müzakirələr keçirilb.

“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusundakı ikigünlük seminar iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatacaq.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti