Britaniya Kiprə qoşun göndərir

   Britaniya Kiprə qoşun göndərir
  25 Sentyabr 2024    Oxunub:302
İsrail və Livanın "Hizbullah" terror təşkilatı arasında artan gərginlik fonunda Britaniya öz vətəndaşlarının Livandan çıxarılmasına kömək məqsədilə Kiprə 700 hərbçi göndərir.
Bu barədə Britaniyanın müdafiə naziri Con Hili məlumat yayıb.

"Son günlər baş verən hadisələr göstərir ki, vəziyyətin necə də qeyri-sabitdir. Odur ki mesajımız açıqdır: Britaniya vətəndaşları Livandan dərhal çıxmalıdırlar", - nazir vurğulayıb.

Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində 40 mindən artıq insanın yaralanması bu qruplaşma ilə İsrail arasında Qəzza zolağındakı müharibəyə paralal şəkildə başlamış münaqişəni daha da qızışdırıb. Hadisədə İsraili təqsirləndirən "Hizbullah" terrorçuları bu ölkənin şimalına doğru raket hücumlarını intensivləşdiriblər. ABŞ İsrail və Livan arasında mümkün genişmiqyaslı müharibənin qarşısını almaq məqsədilə Yaxın Şərqdəki qüvvələrinin sayını artırıb.
"Hizbullah" yüksək rütbəli komandirinin ölümünü təsdiqlədi

Ötən gün isə İsrail Hərbİ Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində "Hizbullah"ın raket bölməsinin ali hərbi komandiri İbrahim Qübeysi həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   Livan   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti