Co Bayden Almaniya və Anqolaya səfər edəcək.

Co Bayden Almaniya və Anqolaya səfər edəcək.
  25 Sentyabr 2024    Oxunub:306
Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden gələn ay iki fərqli qitəni ziyarət edəcək.
AzVision.az xəbər verir ki, oktyabrın 10-da o, Almaniyaya gedəcək və alman liderləri ilə regional təhlükəsizlik məsələlərini, xüsusən də Ukraynadakı müharibəni və NATO ilə bağlı məsələləri müzakirə edəcək. İki ölkə arasında texnologiya, iqtisadiyyat və ticarət sahələrində də müzakirələrin aparılması planlaşdırılır.

Almaniya səfərindən sonra Bayden prezident kimi ilk dəfə Afrikaya səfər edəcək. O, oktyabrın 13-dən 15-dək Anqolada olacaq və burada prezident Joao Lourenço ilə görüşəcək. Baydenin gündəliyinə ABŞ-Afrika əməkdaşlığı, iqtisadi tərəfdaşlıqlar, infrastruktur və nəqliyyata investisiyalar daxildir.

AzVision.az



Teqlər:





Xəbər lenti