Alman polislərin vəhşiliyi gündəm oldu - VİDEO

   Alman polislərin vəhşiliyi gündəm oldu    - VİDEO
  09 Yanvar 2025    Oxunub:396
Almaniyada polislərin müqavimət göstərməyən sadə vətəndaşa qarşı nümayiş etdirdiyi vəhşi davranışlar yerli medianın gündəminə çevrilib.
Bəzi saytlar insidenti "alman polisi müdafiəsiz vəziyyətdə olan kişini döyüb" başlığı ilə yayıblar. "Bild" nəşri də qalmaqallı hadisədən yazıb.

Budurmu insan haqları?! - Almaniyanın əsl üzü və tapdalanan “demokratiya”
Hadisə şahidi tərəfindən çəkilən videoda polislərin dayanmadan vətəndaşa ağır zərbələr endirməsi əks olunub. İnsident ötən il dekabrın sonunda Berqheymdə baş verib. Yerli sakinlərdən birinin nəşrə verdiyi məlumata görə, o, səhər saatlarında küçədə münaqişə yaşandığını eşidib və pəncərəyə tərəf gedib: “Həmin an polislərin hücumunu gördüm. Mən bu qədər qəddar bir şey görməmişdim. Həmin adam müdafiəsiz və silahsız idi. Polis bunu necə edə bilər axı? Bura Amerika deyil!" – alman qadın qəzəbini gizlətməyib.

Saytlar görüntülərə əsaslanaraq yazırlar ki, hər iki polis əməkdaşının səndələyən zəif vətəndaşa qarşı vəhşicəsinə davranması qəbul edilməzdir. Videodan da aşkar görünür ki, kişi sadəcə mübahisə edirmiş. Amma qəfildən zabitlərdən biri dəyənəyə əl ataraq onu var gücü ilə döyməyə başlayır. Digər polis isə qurbanı təpikləyir. Kişi yerə yıxılır. Lakin asayiş keşikçiləri ona zərbələr endirməkdə davam edirlər. Daha sonra onlardan biri hirsini soyutmaq üçün şüşə butulkanı qurbanın başına çırpı. Bundan sonra asayiş keşikçiləri nəhayət ki, dizlərini onun kürəyinə sıxaraq kişini döyməyi dayandırırlar.

Rəsmi məlumatda qeyd edilib ki, bundan sonra həmin şəxs gecəni həbsdə keçirib. O, baş nahiyəsi də daxil olmaqla bədəninin müxtəlif hissələrindən çoxsaylı xəsarətlər alıb. Polis hər iki zabitin hazırda istintaq altındadır. Onlar xidməti vəzifələrini yerinə yetirərkən vətəndaşa hücum etməkdə ittiham olunurlar.

Tural Tağıyev


Teqlər:   Almaniya   Polis  





Xəbər lenti