AZAL: Sərnişinlər arasında uşaqlar olmayıb, sağ qalanlar var

  AZAL: Sərnişinlər arasında uşaqlar olmayıb, sağ qalanlar var
  25 Dekabr 2024    Oxunub:421
Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
AZAL-dan AzVision.az -a bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AzVision.az


Teqlər: AZAL   Qəza  





Xəbər lenti