Kobaxidze ABŞ-la münasibətlərin yeniləcəyinə ümid edir

Kobaxidze ABŞ-la münasibətlərin yeniləcəyinə ümid edir
  06 Noyabr 2024    Oxunub:840
ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrini bir çox ölkələr Vaşinqtonla münasibətləri normallaşdırmaq üçün bir şans kimi qiymətləndirirlər. Bu baxımdan, Gürcüstan da istisna deyil.
AzVision.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze rəsmi Tbilisinin ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətləri yaxşılaşdırmaq istədiyini və bu yöndə qarşılıqlı addımlara ümidli olduğunu bildirib.

“ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, biz Amerika ilə münasibətlərin yenidən qurulacağına ümid edirik. Düşünürəm ki, istənilən halda Ukrayna münaqişəsi gələn il başa çatacaq və bundan sonra ABŞ və Avropa İttifaqı ilə münasibətlərimizin bərpası başlayacaq”, - İrakli Kobaxidze Gürcüstanın “Post TV” telekanalına müsahibəsində deyib.

Gürcüstanın baş naziri, onun fikrincə, Donald Trampın ABŞ seçkilərində qalib gələcəyi təqdirdə, Ukraynada müharibənin bir neçə ay tez bitəcəyini də vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   ABŞ   münasibətlər  





Xəbər lenti