Qərb Rusiyadan şübhələnir

Qərb Rusiyadan  şübhələnir
  05 Noyabr 2024    Oxunub:834
Rusiya ABŞ və Kanadaya uçan yük və sərnişin təyyarələrini yandırmağı planlaşdıra bilərdi.

AzVision.az xəbər verir ki, Qərbin kəşfiyyat xidmətlərindəki mənbə “The Wall Street Journal (WSJ)” qəzetinə belə deyib. Mənbə, bu ilin iyul ayında DHL logistika şirkətinin Böyük Britaniya və Almaniyadakı anbarlarında bu məqsədlə nəzərdə tutulan qurğuların yandığını söyləyib.

“Qərbin kəşfiyyat xidmətlərinin nümayəndələri hesab edirlər ki, yanğını Rusiya Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) təşkil edib. Birmingemdəki paylayıcı anbarda və Leypsiq hava limanında baş verən yanğınlar Şimali Amerikaya uçan təyyarələrin göyərtəsində yanğınların başlaya biləcəyini yoxlamaq cəhdi olub”, - WSJ nəşrinin həmsöhbətləri bildiriblər.

Polşa Milli Prokurorluğunun iddiasına görə, Rusiyanın xüsusi xidmət orqanları bu yolla ABŞ və Kanadaya belə bağlamaların ötürülməsi kanallarını yoxlayır.

DHL anbarlarında içərisində alışan maqnezium əsaslı maddə olan elektrik masajçıları yanıb. Alman polisinin açverdiyi açıqlamaya görə, maqneziumun alışmasından sonra təyyarənin göyərtəsindəki sistemlərdən istifadə etməklə yanğını söndürmək çətin olacaq. Mütəxəssislər bildirirlər ki, əgər təyyarənin göyərtəsində belə əşyalar alovlansa o, təcili eniş etməli olacaq, bu isə “okean üzərində müşkül işdir”.

WSJ-nin həmsöhbətləri Rusiya xüsusi xidmət orqanlarının əməliyyatına Kreml tərəfindən icazə verilib-verilmədiyini bilmədiklərini vurğulayıblar. Onlar bildiriblər ki, belə təxribat təyyarə qəzası ilə nəticələnsə, bu, Rusiya ilə Qərb arasında münaqişənin ciddi şəkildə kəskinləşməsinə gətirib çıxaracaq. Qəzetin verdiyi xəbərə görə, Polşanın təhlükəsizlik qüvvələri təxribat hazırlamaqda şübhəli bilinən, şəxsiyyətləri açıqlanmayan 4 nəfəri saxlayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Qərb   Rusiya   terror  





Xəbər lenti