"HƏMAS terrorçularının UNRWA struktruna sızmasını ilə bağlı BMT-yə irəli sürdüyümüz çoxsaylı sübutlara baxmayaraq, təşkilat bu problemin həlli istiqamətində hər hansı addım atmadı. İsrail dövləti yalnız humanitar təşkilatlarla əməkdaşlığı aparmağın tərəfdarıdır.
Xatırladaq ki, ötən ilin 7 oktyabrında Fələstinin HƏMAS terror təşkilatı İsrailə gözlənilməz hücum həyata keçirib və nəticədə indiyədək davam edən müharibə başlayıb. İsrail bu hücumda UNRWA-nın bir sıra əməkdaşının iştirakı barədə BMT-yə sübutlar təqdim edib.

Firudin Həmidli
AzVision.az