Vermir, verməsin!" - Rusiya XİN-dən Ermənistanın qərarına reaksiya

// "Faciə deyil, KTMT yaşamağa davam edir"

  Vermir, verməsin!"  - Rusiya XİN-dən Ermənistanın qərarına reaksiya
  16 May 2024    Oxunub:1510
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Ermənistanın KTMT-yə maliyyə ayırmamaq qərarına münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə açıqlayıb.

“Maliyyələşdirmənin dayandırılması faciə deyil, təşkilat yaşamağa davam edir. Ermənistan da KTMT-dən çıxmır və işləməyə davam edir..." - Pankin deyib.

O qeyd edib ki, KTMT-də "üzv dövlətlərin maliyyələşdirməni gecikdirməsi və ya hissə-hissə ödəməsi halları olub. Pankinin sözlərinə görə, Rusiya XİN-i daha çox Ermənistanın gələcək hərbi-siyasi kursu narahat edir.

Mayın 8-də KTMT İrəvanın maliyyələşdirməni dayandırmaq planından xəbərdar olduğunu bəyan edib. Bunula yanaşı bildirib ki, bu, Ermənistanın təşkilatdan çıxması kimi qəbul edilməməlidir .

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında KTMT-də iştirakın dondurulduğunu və Rusiya ilə Ermənistan arasında çoxlu problemlərin olduğunu bəyan etmişdi.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti